Hərbçi yoldaşını qətlə yetirərək, hadisə yerindən qaçan əsgər tutulub

Hərbçi yoldaşını qətlə yetirərək, hadisə yerindən qaçan əsgər tutulub

Azərbaycanda hərbçi yoldaşını qətlə yetirərək, hadisə yerindən qaçan əsgər tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev SİA-ya açıqlamasında bildirib ki, əsgər Arif Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, iyulun 20-də Müdafiə Nazirliyinin Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə