DİN torpaq uçqunu altında qalaraq ölən Qusar sakini barədə məlumat açıqlayıb

DİN torpaq uçqunu altında qalaraq ölən Qusar sakini barədə məlumat açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) Qusar rayon sakininin torpaq uçqunu altında qalaraq ölməsi barədə məlumat açıqlayıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 20-də Qusar rayonu Samur Sərhəd Keçid Məntəqəsində qeydə alınıb. Qusar rayonunun İmamqulukənd kənd sakini Xanbala Muradov \"Hyundai\" markalı traktorla iş görən zaman torpaq uçması nəticəsində traktorun içində qalaraq dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə