Azərbaycan Müdafiə Nazirliyinin Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində silahlı insident baş verib. SİA-nın xəbərinə görə, hərbi hissənin əsgəri Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib. Hazırda A. Cəfərovun tapılması üçün tədbirlər görülür.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB