FHN paytaxtdakı bina uçqunu ilə bağlı məlumat yayıb

FHN paytaxtdakı bina uçqunu ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Bayıl qəsəbəsində, yaşayış binasında baş verən uçqunla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda sökülməkdə olan binada uçqun hadisəsinin baş verməsi barədə nazirliyə məlumat daxil olub.

Binanın beton plitələrinin uçması nəticəsində 1 ədəd ekskavator və sürücü uçqunlar altında qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beton plitələri kəsərək, deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan, 1979-cu il təvəllüdlü Rüstəmov Ceyhun Azad oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə