İyulun 19-u saat 07:30 radələrində Bakı şəhər sakini İlham Quliyev Naxçıvanski küçəsində Yəhyə Bağırova məxsus "VAZ-2104" markalı avtomobili qaçırmış, bir qədər sonra Q.Qarayev prospektində DİN Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 19-u saat 21:30 radələrində Buzovna qəsəbəsi R.Axundov küçəsində yaşayan Toğrul İmaməliyevə məxsus "Kio Rio" markalı avtomobil evinin yaxınlığından qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran, əvvəllər məhkum olunmuş Elşən Cəbrayılov iyulun 20-i saat 02 radələrində Ə.Ağaoğlu küçəsində Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB