İranın Qərbi Azərbaycan ostanlığında subasma baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, vilayətin 270 kəndi su altında qalıb, 2600 baş iribuynuzlu heyvan tələf olub, 3000 hektar əkin sahəsi yararsız vəziyyətə düşüb.
Onlarla körpü dağılıb. Tələfat var. Maku şəhərində içməli suyun təchizatı dayandırılıb, kommunikasiya xətləri kəsilib. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB