Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib. Kəlbəcər rayonundan məcburi köçkün olan Abbasovlar ailəsinin iki övladı arasında baş verən mübahisə sonda qanla bitib. 15 yaşlı Abbasov Rəsul İsmixan oğlu qardaşı 28 yaşlı Abbasov Zaur İsmixan oğlunu öldürüb. Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, mərhum sol döş qəfəsinə və qol nahiyəsinə aldığı bir neçə bıçaq zərbəsinin təsirindən yerindəcə keçinib. Artıq qardaş qatili həbs olunub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adamöldürmə maddəsi ilə iş açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB