Nəsimi Rayon Polis İdarəsinin 22-ci Pplis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda və oğurluğa cəhddə şübhəli bilinənlər Bakı şəhər sakinləri Adil Sultanov və Şahin Əmirullayev iyulun 17-də tutulublar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, onlar iyulun 18-i saat 00:30 radələrində 28 May küçəsində yaşayan Tamilla Şirinovaya məxsus mənzildən bir ədəd qızıl sırğa, üç ədəd gümüş üzük və ev əşyaları oğurlayıblar. İyunun 15-i saat 20:40 radələrində isə açarseçmə yolu ilə Xəqani küçəsində yaşayan Nurlanə Xəlilovaya məxsus mənzilə daxil olmuş, ev yiyəsi evə qayıtdığı üçün qaçıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB