İndoneziyada Lokon vulkanı yenidən püskürdü

İndoneziyada Lokon vulkanı yenidən püskürdü

Sulavesi adasının sakinləri yenidən evakuasiya olunub.

SİA-nın məlumatına görə, İndoneziyanın Sulavesi adasında Lokon vulkanı yenidən püskürüb. Bir həftə öncə 20 illik fasilədən sonra oyanmış vulkandan yenə havaya kül və tüstü yayılır.

Kül qatı 3,5 kilometr yüksəkliyə qalxıb. Bir neçə gün əvvəl vulkanın püskürməsi ilə əlaqədar təxliyə olunmuş ada sakinləri evlərinə qayıtsa da, onlar yenidən müvəqqəti sığınacaqlara köçürülüblər.

Qeyd edək ki, Lokon vulkanı İndoneziyanın 129 fəal vulkanından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə