Bələdiyyə sədrinin oğlu icra nümayəndəsinin qardaşını güllələyib

Bələdiyyə sədrinin oğlu icra nümayəndəsinin qardaşını güllələyib

İmişlidə odlu silahla qətil hadisəsi törədilib. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən İmişli rayon prokurorluğunun müstəntiqi Elşad Əzimov bildirib ki, 16 iyul 2011-ci il tarixdə axşam saat 19:40 radələrində rayonun Qulubəyli kəndində bələdiyyə sədrinin oğlu, 1995-ci il təvəllüdlü Nağıyev Mirnahid Qalib oğlu həmin kəndin icra nümayəndəsinin qardaşı 1948-ci il təvəllüdlü Əliyev Hənifə Barat oğlu tərəfindən kustar üsulla hazırlanmış odlu silahla qətlə yetirilib.

Mirnahid Nağıyev İmişli xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Başından aldığı güllə yarasından dünyasını dəyişib. Hadisə balıqçılıq gölünün yanında baş verib. Qətlin törənməsinin motivi bəlli deyil. Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs saxlanılıb.


İqbal Mikayılov, SİA-nın Aran bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə