Bakıda ağır yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəza dünən saat 23:00 radələrində Xəzər rayonu Xaşaxuna bağlar yaşayış sahəsində qeydə alınıb.
Zirə qəsəbə sakini Elxan Əzimovun idarə etdiyi "VAZ-2106" markalı və "A.Trans Lizinq" şirkətinə məxsus, sürücüsü hadisə yerindən qaçmış "FAV" markalı avtomaşınlar toqquşub. Nəticədə Elxan Əzimov və sərnişinləri - Zirə qəsəbə sakinləri Yeganə Əzimova, Mübariz Qarayev və Təranə Qarayeva hadisə yerində ölüb, xəsarət almış sərnişin Fərman Qarayev isə xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı ölənlərin qohumları tərəfindən hər iki avtomaşın yandırılıb.
Hadisəni Xəzər Rayon Polis İdarəsi araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB