Paytaxtda Böyük Britaniya vətəndaşı soyuldu

Paytaxtda Böyük Britaniya vətəndaşı soyuldu

2011-ci il iyunun 30-da saat 22.00 radələrində Nəsimi rayonu ərazisində - Nizami küçəsindəki yeraltı keçidin girişində naməlum şəxs Böyük Britaniya vətəndaşı Marqarit Hamiltonun içərisində 50 manatı, mobil telefonu və mənzilinin açarları olan çantasını əlindən alaraq qaçıb.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən - əvvəllər dəfələrlə məhkum olunub Bakı şəhər sakini Mirbəhruz Kərimov iyulun 14-də müəyyən edilərək tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə