DİN \"Binə\" ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) \"Binə\" ticarət mərkəzində baş vermiş hadisə ilə əlaqədar rəsmi məlumat yayıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 14-də saat 09:15 radələrində maska taxmış silahlı naməlum şəxs \"Binə\" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə gəlib, odlu silahdan atəş açaraq oranın işçisi Əli Əliyevə xəsarət yetirib, oradan 50 min manat götürərək hadisə yerindən qaçıb. Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB