Ermənilər 13 yaşlı qızın ölümünə səbəb oldular

Ermənilər 13 yaşlı qızın ölümünə səbəb oldular

Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində dəhşətli hadisə baş verib. SİA-nın xəbərinə görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahməliyeva Elnarə Məmmədtağı qızı həlak olub, onun anası isə ağır yaralanıb.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. E.Şahməliyeva oyuncağı götürərək öz evlərinə gətirib və oynayarkən partlayıcı qurğu işə düşüb.

Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə