\"Bulqariya\" teploxodunda ölənlərin sayı artır

\"Bulqariya\" teploxodunda ölənlərin sayı artır

Tatarıstan Respublikasında iki gün əvvəl qəzaya uğramış \"Bulqariya\" teploxodunda ölənlərin sayı 83 nəfərə çatıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, daha 53 nəfərin taleyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, içərisində 209 nəfərin olduğu Bolqar şəhərindən Kazan şəhərinə hərəkət edən turist gəmisi 10 iyul 2011-ci il tarixində Volqa çayında, Kuybişev su anbarında batıb.

Bütün xəbərlər Facebook səhifəmizdə