İyulun 12-də "Sədərək" ticarət mərkəzində Sumqayıt şəhər sakini Elçin Musayev Xəyal Mustafayevin cibindən 417 manat götürüb qaçdığına görə Qaradağ RPİ 10-cu PB və Mühafizə Polisinin əməkdaşları tərəfindən tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kazımovdan 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB