Şirvanda sərxoş sürücü avtomobillə 2 piyadanı vuraraq hadisə yerindən qaçıb - FOTO
Şirvan şəhərində toydan çıxan sərxoş sürücü avtomobillə 2 nəfəri vuraraq hadisə yerindən qaçıb. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən Şirvan şəhər polis şöbəsinin DYP bölməsinin inspektoru Murad Süleymanovun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində sərxoş vəziyyətdə olan sürücü idarə etdiyi "Şevralet" markalı 90 LG 461 nömrəli maşınla 2 piyadanı vurub. Hər iki piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Xəsarət alanların vəziyyəti barədə məlumat verən Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov bildirib ki, 1988-ci il təvəllüdlü Bəşirov Vüsal Elçin oğlu və 1975-ci il təvəllüdlü Hüseynov Yengibar Əmənulla oğlu qapalı baş beyin travması ilə ağır koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, Yengibar gözdən əlil olduğu üçün Vüsal onu yolu keçməsinə köməklik edən zaman həyatlarını itirmə təhlükəsi ilə üzləşiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB