Rusiyada sərnişin təyyarəsi Ob çayına düşüb

Rusiyada sərnişin təyyarəsi Ob çayına düşüb

Rusiyanın Xantı-Mansiysk və Tomsk vilayətlərinin sərhədində olan ərazidə aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, "Anqara" aviaşirkətinə məxsus Tomsk-Surqut reysi ilə hərəkət edən \"An-24\" təyyarəsi qəza enişi edərkən Ob çayına düşüb.

Nəticədə, 7 nəfər ölüb daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə, hava gəmisinin göyərtəsində 37 nəfərin olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya təyyarədə baş vermiş yanğın səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə