DİN iş adamının qətli ilə bağlı məlumat yayıb

DİN iş adamının qətli ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda tikinti şirkətinə edilən silahlı basqınla bağlı məlumat yayıb. DİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə iyunun 11-də, saat 12.10 radələrində, Nərimanov rayonu, Teymur Əliyev küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən "Azər-Ross" MTK-nın təsisçisi Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədov güllə yarası ilə xəstəxanaya gətirilib. Ə. Piriyev aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Ə. Əhmədovun vəziyyəti isə orta-ağırdır.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə