Bu gün Bakıda yağış yağacaq

Milli Hidrometeorologiya Departamentinin Hidrometereoloji Proqnozlar bürosundan verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Gün ərzində paytaxtda mülayim şimal küləyi əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal edilir.

Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 23-24 dərəcə isti olacaq.Bu gwn

Bütün xəbərlər Facebook səhifəmizdə