Küveytdə ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
İyulun 11-də Küveytin nüfuzlu və çoxtirajlı ingilisdilli "Arab Times" qəzeti və Əl-Siyasə xəbər agentliyi Küveytin hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayıb.
Azərbaycanın Küveytdəki səfirliyindən SİA-ya verilən xəbərə görə, məlumatda bildirirlir ki, Küveyt Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatları və bahalı əşyalar oğurlayan Rusiya Federasiyasının vətəndaşları olan altı nəfər ermənidən ibarət professionallaşmış cinayətkar dəstəni zərərsizləşdiriblər.
Tərkibində iki qadın da olan soyğunçu dəstə son dörd il ərzində bir milyon Küveyt dinarı (təxminən 3 700 000 $) məbləğində qızıl-zinət əşyaları oğurlayıblar. Onlar yay mövsümündə kommersiya məqsədli vizayla Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olurmuşlar. Dəstə başçısı axtarışdadır.
Qəzetin məlumatına əsasən, son zamanlar paytaxtda və Havalli yaşayış məntəqəsində yerləşən villalarda oğurluq və soyğunçuluq hallarının artması və seyflərdən oğurluqda daha inkişaf etmiş texnologiyanın tətbiqi müşahidə edilib. Yalnız son iki ay ərzində ümumi dəyəri iki yüz min Küveyt dinarı məbləğində qızıl-zinət əşyaları oğurlanmışdır. Polis nəzarət-təftiş işlərini gücləndirmiş və 2007-ci ildə məsuliyyətə cəlb olunmuş milliyətcə erməni olan Rusiya vətəndaşını həbs ediblər. Sorğu-sual zamanı erməni, qızıl-zinət əşyalarının oğurlanmasında professionallaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu, dəstənin digər üzvləri ilə birlikdə hər il soyğunşuluq məqsədilə Küveytə gəldiklərini etiraf edib.
Həbs olunan şəxs mütəşəkkil cinayətkar dəstənin digər üzvlərini də ələ verib. Onların hamısının milliyətcə erməni olduqları vurğulanır. Hazırda mütəşəkkil cinayətkar dəstənin başçısının axtarışı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB