Mayın 19-da Ş.Əzizbəyov küçəsində yaşayan Elşən Seyidova məxsus mənzildən açıq qapıdan keçmə yolu ilə 2 ədəd mobil telefon, 200 manat və şəxsiyyət vəsiqəsi oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini Sərhəd Nəsirli iyulun 9-da Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Müəyyən edilib ki, o, iyulun 7-də polis əməkdaşları tərəfindən yaxalanmış İlham Hüseynovla birlikdə Ruslan Hüseynovun avtomobilindən oğurluq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB