Paytaxtda iki avtomobil toqquşub, bir nəfər ölüb

Paytaxtda iki avtomobil toqquşub, bir nəfər ölüb

İyulun 10-da M.Cəlal küçəsi 11-in qarşısında İsmayıl İsmayılovun idarə etdiyi "Range Rover" markalı avtomobillə Məcid Rəsulovun idarə etdiyi "Nissan Qaşqay" markalı avtomobil toqquşub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə sonuncu avtomobilin sürücüsü M.Rəsulov, sərnişinləri Mariya Səmədova, Məleykə İdrisova və Südabə İdrisova Klinik Tibbi Mərkəzə müraciət ediblər. S.İdrisova xəstəxanada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə