Kazanda həyat iflic olub
Kazanda həyat iflic olub. Rusiyanın Tatarıstan respublikasının paytaxtı Kazanda daşqın baş verib. SİA-nın məlumatına görə, dünən 1 saat fasiləsiz yağan yağışlar nəticəsində nəqliyyat sistemi iflic olub. Minik maşınlarını su aparıb, yaşayış evlərinin birinci mərtəbələrini və zirzəmiləri su basıb. Kazan şəhərinin rayonları arasında bir müddət avtomobil nəqliyyatı dayanıb. Mərkəzi magistrallar bağlanıb. Dəmiryol nəqliyyatında isə problem yaşanmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin 2 xilasetmə qrupu sel suları ilə mübarizəyə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə