Hindistanda dəhşətli qəza baş verib

Hindistanda dəhşətli qəza baş verib
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında ciddi yol-qəza hadisəsi baş verib. SİA-nın məlumatına görə, Kəlküttədən Dehliyə gedən sərnişin qatarı relsdən çıxıb. Hadisə nəticəsində Qatarda 12 vaqon və lokomotiv olub. Onların hamısı relsdən çıxıb. Hadisənin səbəbləri məlum deyil. Ölü sayı haqqında isə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, Hindistan dəmir yolu şəbəkəsi dünyanın ən böyüklərindən biridir. Lakin, bu ölkədə tikintilər zamanı yol verilən səhvlər ucbatından qatarlarla bağlı qəzalar çox tez-tez baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə