Dənizdə boğulan gəncin meyiti tapıldı

Dənizdə boğulan gəncin meyiti tapıldı

Son iki gündə dənizdə iki nəfər boğulub. Onlardan biri Mərdəkan, digəri isə Bilgəh çimərliyində boğulub. Bu barədə SİA-ya məlumat verən Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirdi ki, rəsmi olaraq 14 dövlət çimərliyindən istifadəyə icazə verilsədə, hələ də qadağa olunmuş ərazilərdə çimənlər var. Boğulmaya səbəb də budur: "Suda boğulanlardan biri, 17 yaşlı gənc Bilgəh ərazisində qadağan edilmiş ərazidə çimdiyi üçün onu xilas etmək mümkün olmayıb. Əhalini bir daha xəbərdar edirik ki, qadağan edilmiş ərazilərdə çimmək yasaqdır. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Yardım Xidmətinin briqadaları hər gün səhər saat 9:00-dan axşam saat 20:00-a kimi 12 saat olmaqla növbədə durur. Qalan ərazilər isə nəzarətsiz olduğundan təhlükəlidir".

M. Həmidov ümumilikdə təcili yardıma 15-ə yaxın müraciətin daxil olduğunu dedi: "1 nəfər xəstəxanaya yerləşdirilib, xırda zədələr alan vətəndaşlara isə yardım göstərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB