İslandiyanı çox böyük təhlükə gözləyir

İslandiyanı çox böyük təhlükə gözləyir

İslandiyanı çox böyük təhlükə gözləyir. SİA-nın məlumatına görə, ölkənin vulkan mütəxəssisləri qədim zamanlarda "Cəhənnəm qapıları" adlandırılan ən fəal vulkan olan Heklanın püskürəcəyi barədə xəbərdarlıq ediblər. İslandiya Universitetinin geofiziki Pall Eynarsson Heklanın son iki-üç gün ərzində xeyli fəallaşdığını diqqətə çatdırıb: \"Hekla dünyanın ən təhlükəli vulkanlarından biridir. Dünyaya səs salmış Eyyafyatlayokudl vulkanının yanında yerləşən Hekla vulkanı son minillikdə 20 dəfədən çox püskürüb. Sonuncu püskürmə 2000-ci fevralın 26-da baş verib.

Heklanın fərqli cəhəti isə onun püskürməsinin davamlılığının və gücünün əvvəlcədən müəyyən edilə bilməməsidir. Hekla bir neçə gündən başlayaraq bir neçə ay fasiləsiz püskürə bilər. Məsələn, 1947-ci il martın 29-da başlayan püskürmə 1948-ci ilin aprelində başa çatmışdı. Bu 1 il deməkdir. 2000-ci ildə Hekla ilk külünü püskürməmişdən 1,5 saat əvvəl oyanmış, 1970-ci ildə oyanma prosesi başlanandan 25 dəqiqə sonra püskürməyə başlamışdı. Bütün bunlar da həmin vulkanın təhlükəsindən və gözlənməyən anda gəlişinin mümkünlüyündən xəbər verir. Son bir neçə gündə vulkanda fəallaşma müşahidə edilir. Böyük ehtimalla hər an Heklanın püskürəcəyini gözləyirik\".

Bütün xəbərlər Facebook səhifəmizdə