Hacıqabul rayonunda qəribə kriminal hadisə baş verib. SİA-nın Aran bürosuna Hacıqabul rayon Polis Şöbəsinin istintaq bölməsinin müsətintiqi Nazim Hümbətovun verdiyi məlumata görə rayonun Abdulabad kəndində Cəfərov Bayram Əlipaşa oğlu evinin həyətində stol arxasında yemək yeyərkən əmisi oğlu Cəfərov Mülkəli Surxay oğlu ilə alver üstündə aralarında mübahisə baş verib.
Mübahisə zamanı Mülkəli Cəfərov ikincinin yəni Bayram Cəfərovun qulağını dişləməklə onun sağ qulağının sırğalığını qopararaq xəsarət yetirib. Bayram isə stolun üstündə olan bıçaqla Mülkəlinin qarın nahiyyəsinə, sol buduna, sol qoltuğunun altına xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanılıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB