Şəmkirdə yol qəzasında ata və oğul dünyasını dəyişib

Şəmkirdə yol qəzasında ata və oğul dünyasını dəyişib

Şəmkir rayonunda yol qəzası baş verib. Məmməd İbrahimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Vüsal Mehdiyevin idarə etdiyi "ZİL" markalı maşınla toqquşub.

Şəmkir rayon Polis Şöbəsindən SİA-nın qərb bürosuna verilən məlumata görə, hadisə nətcəsində "VAZ 21 06" markalı maşının sürücüsü və onun oğlu dünaysını dəyişib.

Avtomobildə olan digər 2 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə