DİN: “Elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməlidir”
Son dövrlər telekommunikasiya şəbəkələrindən istifadə edilməklə müxtəlif hüquqazidd əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əslində aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşıyan və qanunvericiliyə görə dələduzluq sayılan belə hüquqazidd əməllərin törədilməsi üsullarından biri də elektron əqdlərin bağlanması barədə internet şəbəkəsində qəsdən həqiqətə uyğun olmayan məlumatların yerləşdirilməsidir.
Əsas etibarı ilə ayrı-ayrı xarici dövlətlərin vətəndaşları tərəfindən internet saytlarında bahalı avtomobillərin, müxtəlif növ texnikanın, məişət əşyalarının və s. alqı-satqısına, habelə işə düzəltmədə və təhsilə göndərilmədə vasitəçiliyə dair elanlar yayılır. Elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi kimi sadəlövh insanları aldatmağa hesablanmış məlumatlar daha geniş xarakter almaqdadır.
Təəssüf ki, ayrı-ayrı vətəndaşlarımız kibermühitdə rast gəlinən belə cinayətlərin qurbanına çevrilir, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi barədə internetdə gedən elanlara inanaraq onları hərtərəfli yoxlamadan külli miqdarda pullarını cinayətkarların bank hesablarına köçürür və yalnız müəyyən müddətdən sonra aldandıqlarını başa düşüb kömək üçün rəsmi dövlət orqanlarına müraciət edirlər.
Belə ki, vətəndaş A.Ş. Daxili İşlər Nazirliyinə müraciətində bildirib ki, o, işləmək məqsədilə viza göndərilməsi üçün Kanadada fəaliyyət göstərən "Azerbaijan-Amerika" şirkətinin nümayəndəsi Əli İsmayılfiruzla internet vasitəsilə əlaqə saxlamış və bank vasitəsilə onun hesabına 2 min ABŞ dolları vəsait köçürüb. Ə.İsmayılfiruz isə ona internet vasitəsilə Q 002946 nömrəli viza göndərib. Sonradan həmin vizanın saxta olması müəyyən edilib.
Özünü baş maliyyə inspektoru və eyni zamanda Malayziyadakı "Affin Bank"ın auditoru kimi təqdim edən En Kok Sin adlı şəxs internet vasitəsilə ayrı-ayrı vətəndaşlara müraciət edərək bildirib ki, apardığı yoxlamalar zamanı 15 il əvvəl vəfat etmiş Azərbaycan əsilli şəxsin hesabında 9 milyon 200 min ABŞ dolları vəsaitin olduğunu müəyyən etmiş, guya investorun ölümündən sonra onun əmlakına varis çıxan olmamışdır. Bu müraciətin də dələduzluq məqsədilə yazılması müəyyən olunub.
Başqa bir misal. Vətəndaş C.K. isə polis orqanlarına müraciət edərək bildirib ki, Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərdən birinin meneceri Lars Vauer adlı şəxslə internet vasitəsilə əlaqə yaradaraq "Apple I-Phone" markalı mobil telefonların alqı-satqısı ilə maraqlanıb. Bundan sonra onunla 200-dək mobil telefonun alınması və DHL kuryer şirkəti vasitəsilə Azərbaycan Respublikasına göndərilməsi barədə razılıq əldə olunub. Lars Vauer telefonların orijinal olmasını sübut etmək üçün həmin markadan 1 ədəd mobil telefon göndərib. Ötən il fevralın 26-dan bu günə kimi Lars Bauerə hissə-hissə 97 min 252 ABŞ dolları məbləğində vəsait ödəməsinə baxmayaraq nə pulun, nə də telefonların aqibətindən xəbər yoxdur.
Vətəndaş M.E. də polis orqanlarına müraciətində dələduzluq edən bir sıra şəxslər tərəfindən aldadılaraq guya "Nokia" şirkəti tərəfindən keçirilən lotoreya oyununda qalib gəldiyinə inandırılmasını, külli miqdarda ziyana düşdüyünü bildirib.
Həmçinin vətəndaş A.Ə-nin internet saytlarının birində satışda olan "Land Rover" markalı avtomaşını almaq məqsədilə köçürdüyü 14 min ABŞ dolları, C.A.-nın internet vasitəsilə uduş kompaniyasının qalibi olmasına inandırılaraq London şəhərində yaşayan bir nəfərin ünvanına göndərdiyi 5845 ABŞ dolları, B.İ.-nin internet vasitəsilə keçirilən oyunda qalib olması barədə məktub aldıqdan sonra udduğu məbləği əldə etmək üçün sənədləşmə işlərinə sərf edilməsi üçün köçürdüyü 4 min ABŞ dolları, N.Ə.-nin nternet saytlarının birində satışda olan kompüteri almaq məqsədilə köçürdüyü 1.200 ABŞ dolları, X.X.-nin mobil telefon almaq üçün köçürdüyü 370 ABŞ dolları da dələduzlar tərəfindən mənimsənilib.
Araşdırmalar göstərir ki, dələduzların tələsinə düşən yüzlərlə vətəndaş bu və buna bənzər üsullarla törədilən analoji cinayətlərin qurbanı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



