Ağstafada avtomobil aşdı, sərnişin öldü

Ağstafada avtomobil aşdı, sərnişin öldü

Ağstafa rayonunda yol qəzası baş verib. Hadisə rayonun Poylu kəndində baş verib.

Yaşar Alıyevin idarə etdiyi "VAZ 21 06" markalı avtomobil aşıb. Ağstafa rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, avtomobildə olan sərnişin Ceyhun Orucov dünyasını dəyişib. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə