Şirvanda avto xuliqanlar zəncirvari qəza törədiblər. SİA-nın Aran bürosunun məlumatına görə, dünən axşam 23:30 radələrində Şirvan şəhərinin 1 May küçəsi, Salyan dairəsində 2 "VAZ 2107" markalı avtomobil ötüşərkən toqquşaraq əkis tərəfə hərəkət edən digər "VAZ 2107" markalı maşını vurublar. Nəticədə hər 3 maşın ciddi zədə alıb. 90 HE 598 nömrə nişanlı maşının sürücüsü Baxışov Yaşar Zülfi oğlu, 10 ME 113 nömrəli maşının sürücüsi isə Rüstəmov Canbulad Canbulad oğludır. Ətrafda olan sakinlər hər iki sürücünün sürətlə hərəkət edərək ötüşmələrinin şahidi olublar. Canbulad maşının arxa şüşəsinə iri həriflərlə adını yazmasını avtoşluqda mahir oldugunu bildirirdi. Hadisə yerinə Şirvan Polis Şöbəsinin DYP xidmətinin əməkdaşları gəlib, araşdırmaya başlayıblar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB