FHN 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb

FHN 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qax rayonun Qıpçaq kəndində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, \"Toyota\" və \"VAZ\" markalı minik avtomobillərinin toqquşması nəticəsində \"Toyota\" markalı avtomobilin sürücüsü - 1972-ci il təvəllüdlü Aqil Ağabala oğlu Nəsirov və həmin avtomobildə olan sərnişinlər - 1955-ci il təvəllüdlü Mustafa Hacı oğlu Nurullayev, 1961-ci il təvəllüdlü Mürvət Ənvər oğlu Mürsəlov və 1955-ci il təvəllüdlü İsmayıl Əli oğlu Xalayev həlak olub. "VAZ" markalı avtomobilin sürücüsü və orada olan sərnişin isə yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış \"Toyota\" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış A.Nəsirovun

Bütün xəbərlər Facebook səhifəmizdə