İyulun 1-də D.Bünyadzadə küçəsində naməlum şəxs Çimnaz Hüseynovanın qızıl boyunbağısını qırıb qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Masallı rayon sakini Elşən Əhmədov isti izlərlə yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB