1 iyul 2011-ci il tarixində Bakı vaxtı ilə saat 08:39-da Gürcüstanda zəlzələ baş verib. SİA-nın xəbərinə görə, yeraltı təkanların gücü 3,1 bal təşkil edib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Gürcüstanın şərqində, Kutaisi şəhərindən 82 km şimal-şərqdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.
1 iyul 2011-ci il tarixində Bakı vaxtı ilə saat 13:53-də Türkiyədə də zəlzələ baş verib. Yeraltı təkanların gücü 3,8 bal təşkil edib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Türkiyənin şərqində Elazığ şəhərindən 17 km aralıda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.
Anoloji hal İranda da baş verib. Belə ki, 1 iyul 2011-ci il tarixində Bakı vaxtı ilə saat 10:20-də İranda zəlzələ baş verib. Yeraltı təkanların gücü 4,1 bal təşkil edib. Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı məlumata əsasən, zəlzələnin episentri Tehran şəhərindən 843 km aralıda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB