565 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

565 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə bəşəriyyət qarşısında duran mühüm məsələlərdəndir. Narkotiklərin milli genofonda vurduğu ciddi ziyanla yanaşı, narko­biz­nesdən əldə edilən gə­lirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır. Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə normativ-hüquqi baza təkmilləşdirilmiş, bu sahədə hüquqazidd əməllərin qarşısının alınmasında hüquq mühafizə orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindənhəyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində2011-ci ilin 6 ayı ərzində 565 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, 20cinayət işi başlanılmış,75 nəfərməsuliyyətə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təkcə son bir ay ərzində "İran - Azərbaycan -Rusiya", "İran - Azərbaycan – Rusiya - Ukrayna" və "İran - Azərbaycan - Türkiyə - Ukrayna" marşrutları üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan20nəfərifşa olunmuş, onlardan ümumilikdə183 kiloqramdanartıq narkotik vasitə götürülüb. Transmilli narkotrafikə qarşı mübarizə istiqamətində keçirilmiş bu əməliyyatların uğurla nəticələnməsində Milli Təhlükəsizlik Nazirliyi ilə xarici ölkələrin müvafiq strukturları arasındakı səmərəli işbirliyi xüsusi qeyd olunmalıdır.

Belə ki, Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti, Türkiyə və Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində uzun müddət "İran-Türkiyə-Ukrayna" marşrutu üzrə külli miqdarda narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Əməliyyat tədbirləri zamanı Ukraynanın Odessa şəhərində həmin dəstənin bir qrup üzvü yaxalanmış, onlardan11kiloqram500 qramhəşiş aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə "İran-Azərbaycan-Rusiya-Ukrayna" marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Bağırov Fizuli Qəzənfər oğlu, Bağırov Firdovsi Qəzənfər oğlu, Məmmədov Cabir Xeyrulla oğlu, Quliyev Vüqar Müzəffəroviç, habelə Ukrayna vətəndaşları Paşazadə Rövşən Həsənağa oğlu və Kuptsova D.İ. Kiyev şəhərində tutulmuş, onlardan10kiloqram821qramtiryək aşkarlanaraq götürülüb.

Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən həyata keçirilmiş başqa bir əməliyyat-axtarış tədbir nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Novruz Xudaverdi oğlu və Rusiya Federasiyasının vətəndaşı Abutalimov Rasul Maqomedzaripoviç saxlanılmış, sonuncunun idarə etdiyi yük avtomobilindən121kiloqramdan artıqhəşiş aşkarlanaraq götürülüb.

Bu zaman məlum olub ki, Novruz Eyvazov, hazırda şəxsiyyəti istintaqla araşdırılanİran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar gizli keçirərək İrandan Azərbaycana gətiriblər. Belə ki, Novruz Eyvazov İran İslam Respublikasına getmiş və orada hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə birlikdə külli miqdarda narkotik vasitə əldə ediblər. Sonra həmin narkotiklər xüsusi üsulla kartofa oxşar formaya salınmış və kartofla dolu kisələrin içərisinə qablaşdırıldıqdan sonra "MAN" markalı yük avtomobilində Rusiya Federasiyasına göndərilib. İçərisində narkotiklər olan kartof kisələri yüklənilmiş Rusiya dövlət nömrə nişanlı həmin avtomobil Azərbaycan ərazisinə keçmiş və Rusiya Federasiyası istiqamətində hərəkət edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə avtomobilə keçirilmiş baxış zamanı kartof kisələrinin içərisindən121kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Həmzəyev Mahir Babakişi oğlu yaxalanıb. Məlum olub ki, Mahir Həmzəyev, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər. Mahir Həmzəyev dövlət sərhədinin Astara rayonu istiqamətində keçən hissəsində İran vətəndaşları ilə görüşüb onlardan icərisində narkotik vasitələr olan kisəni qəbul etmiş və Bürcübənd kəndi ərazisində gizlədib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mahir Həmzəyev saxlanılmış, keçirilmiş baxış zamanı onun gizlətdiyi27 kiloqram 295 qramhəşiş aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin növbəti əməliyyat tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Cəlal Əzizağa oğlu, Əhmədov Anar İbrahim oğlu və Əhmədov Azər İbrahim oğlu Salyan rayonunun ərazisində saxlanılarkən, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabeçilik göstərməyərək hadisə yerindən qaçmağa cəhd etmişlər. Lakin əməliyyatçıların çevik hərəkətləri nəticəsində Cəlal Ağayev, Anar Əhmədov və Azər Əhmədov saxlanılmış, sonuncunun idarə etdiyi "Mersedes" markalı avtomaşına keçirilmiş baxış zamanı oradan1 kiloqramdanartıq heroin aşkarlanaraq götürülüb.

Həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarıAğayev Səxavət Həmzə oğlu, Qafarov Eldəniz Rəhməd oğlu, İmanəliyev Sərdar Cəbrayıl oğluMasallı rayonunun ərazisində saxlanılmış, onlardan1 kiloqramdanartıq həşişvə təxminən2kiloqramheroinaşkarlanaraq götürülüb.

Digərəməliyyat tədbiri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Həsənov Nadir Allahverdi oğlu və Həsənov Əlövsət Əbülfət oğlu saxlanılmış, onlardan8 kiloqram 244 qramhəşiş,148 qramheroinaşkarlanaraq götürülüb.

Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə