İnquşetiyada zəlzələ olub

Rusiyanın İnquşetiya Respublikasında zəlzələ olub. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 3,8 bal təşkil edib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Nazran şəhərindən 36 km cənub-şərqdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə