Haitinin qərbində Port-o-Prens şəhəri sahilləri yaxınlığında gəmi qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində xeyli sayda insanın olduğu gəmi Qonav körfəzində çevrilib. Nəticədə 5 nəfər ölüb. 7 nəfər isə itkin düşmüş hesab olunur. Daha 5 nəfərin xilas olunduğu bildirilir.
Qəza zamanı gəmidə olan insanların dəqiq sayı barədə məlumat verilmir. Hazırda itkin düşmüş hesab edilən şəxslərin axtarışları aparılır. İlkin ehtimala görə, hadisəyə güclü külək səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB