Yaponiyada bir-birinin ardınca bir neçə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların maksimal gücü 4,9 bal təşkil edib. Nəticədə, Maçumato şəhərində 11 nəfər xəsarət alıb. Həmçinin, tikililərin zədələndiyi qeyd edilir.
ABŞ Geoloji Xidmətinin verdiyi məlumata əsasən, zəlzələnin episentri Yaponiyanın mərkəzində yerləşən Naqano prefekturasından 76 km cənub-qərbdə qeydə alınıb. Sunami təhlükəsi yoxdur. Seysmoloqlar təkrar təkanların baş verə biləcəyini istisna etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB