Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabulda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. FHN-nin rəsmi saytında yer alan xəbərə görə, Hacıqabul rayonunda 2 \"VAZ\" markalı minik avtomobili toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsi yanmış, sürücülər və 3 sərnişin yaralanıb, avtomobillərdən birində olan 4 nəfər isə həlak olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı Aydan Fəzail qızı Babayeva, Xanım Fəzail qızı Babayeva, Nicat Vüsal oğlu İbrahimov və 1955-ci il təvəllüdlü Nərminə Hüseyn qızı İbrahimovanın cəsədləri aşkarlanıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər qeyd olunan şəxslərin cəsədlərini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:01-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB