Mayın 28-nə keçən gecə Bakı şəhər sakini Vəfa İbrahimzadəyə məxsus Ə.Əlizadə küçəsində yerləşən gözəllik salonundan açar seçmə yolu ilə 2710 manat dəyərində ətriyyat və bjuteriya əşyaları oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emin Yusifov iyunun 28-də saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB