Kabel oğruları yaxalanıb

İyunun 3-də "Bakıelektrikşəbəkə" ASC-yə məxsus Şağan qəsəbəsi ərazisindən keçən 150 metr elektrik kabeli dirəkdən kəsilərək oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DİN BCAİ və Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakinləri Ramil Şirinov və İlfan Cabbarov iyunun 28-də yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə