Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı artıb

Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı artıb

Vyetnamda baş vermiş qasırğa nəticəsində ölənlərin sayı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qasırğa nəticəsində 17 nəfər ölüb, 60 nəfər isə yaralanıb. İtkin düşmüşlərin olduğu bildirilir. Hazırda qasırğanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam edir.

Xatırladaq ki, güclü sel suları 16 min hektar əkin sahəsini və yüzlərlə tikilini su altında qoyub, bir sıra yaşayış evləri isə dağılaraq yararsız hala düşüb. Bir neçə min insan yaşayış yerlərini itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə