ABŞ-da kütləvi zəhərlənmə

ABŞ-ın cənubunda kütləvi zəhərlənmə halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Arkanzas ştatında fəaliyyət göstərən "Tyson Foods" şirkətinə məxsus ət istehsal edən zavodda baş verib. Bildirilir ki, zavodun 600 nəfər əməkdaşından 173-ü zəhərlənmə diaqnozu ilə xəstəxanalara yeləşdirilib.

Hadisəyə müxtəlif kimyəvi preparatların qarışması nəticəsində əmələ gəlmiş xlor buxarının ətrafa yayılması səbəb olub. Hazırda yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə