İyunun 27-si saat 08:30 radələrində, Aeroport şossesi Sabunçu körpüsünün yaxınlığında Sumqayıt şəhər sakini Fuad Fətullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəza nəticəsində özü və sərnişinləri Xəyyam Bəxtiyarov, Elxan Qasımov 3 saylı xəstəxanaya yerləşdirilmiş, Zamiq Məcidov isə hadisə yerində dünyasını dəyişib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB