Öldürücü bağırsaq çöpü E.koli Fransada

Öldürücü bağırsaq çöpü E.koli Fransada

Öldürücü bağırsaq çöpü E.koli Fransada da aşkar olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Fransanın Bordo şəhərində bu virusun simptomu ilə 7 nəfər xəstəxanaya yerləşdirilib. Səhiyyə işçiləri zərərçəkmiş şəxslərin Böyük Britaniyadan gətirilmiş salat, göyərti və ədviyyat yediklərini müəyyən edib. Xəstəxaya yerləşdirilmiş şəxslərdən 6-sı şəhərdə keçirilən tədbirlərdə iştirak edərkən yemiş olduqları qidadan sonra özlərini pis etdiklərini bildirib.

Zəhərlənmənin Britanya məhsulundan baş verməsi barədə rəsmi təsdiq isə hələlik yoxdur. Hələlik laborator araşdırmalar aparılır. Baş vermiş hadisədən sonra Böyük Britaniya rəsmiləri əhalini çiy paxla bitkilərini yeməməyə çağırıb.

Qeyd edək ki, bağırsaq çöpü son həftələr ərzində Almaniya və İsveçdə 40-a yaxın insanın həyatına son qoyub. İlkin yoluxma mənbəyi alman fermerlərinin yetişdirdikləri soya qələmləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə