Haiti və Dominikanda vəba xəstəliyi sürətlə yayılır

Haiti və Dominikanda vəba xəstəliyi sürətlə yayılır

Hava şəraitinin yağışlı keçməsi və sutəmizləmə sistemlərinin olmaması səbəbindən Haiti və Dominikanda vəba xəstəliyinə yoluxma halları kəskin artıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Haitinin paytaxtı Port-o-Prens şəhərində infeksiyaya 18 min yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə ölkə ərazisində ötən ilin oktyabr ayından 344,6 min xəstə qeydə alınıb ki, onlardan 5,4 mini ölüb.

Dominikanda isə ötən ilin noyabr ayından 1,7 min nəfərdə infeksiya aşkarlanıb. Onlardan 46 nəfəri ölüb. Hazırda hər iki ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə