Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb

Hacıqabul rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən BDYP-nin 7-ci taqımının inispektoru Üzeyir Abdullayev bildirib ki, BMW-X5 cip markalı maşın Bakı-Qazax yolunun 115-ci kilometrliyində Bakı istiqamətində birtərəfli yolu əks, yəni qadağan olmuş tərəfə sürətlə hərəkət edərkən idarə etməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və yanında olan sərnişin xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəsarət alanların durumu barədə xəstəxananın travmatologiya şöbəsinin müdiri Tofiq Hüseyinov bildirib ki, avtoqəza nəticəsində 2 nəfər xəstəxənaya müraciət edib. Sürücü Hacıqabul rayon sakini 1980-cı il təvəllüdlü Nəsirov Səbuhi Rövşən oğlu kürək nahiyyəsinin əzilməsi diaqnozu ilə müayinə olunaraq evə buraxılıb.

Sürücünün həmyerlisi 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Ələsgər oğlu isə döş qəfəsinin və sağ dirsək oynağının əzilməsi diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam edir. Məlumat üçün deyd edək ki, Səbuhi Nəsirov əvəllər məhkum olunub, kriminal aləmdə tanınmış şəxsdir.





Bütün xəbərlər Facebook səhifəmizdə