ABŞ və Britaniyadan olan jurnalistləri döyənlərdən ikisi həbs olunub
Bakıda amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silviya Devisi döyən şəxslərdən ikisi tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, 1993-cü il təvəllüdlü, Ramana qəsəbə sakini Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu Həsənov saxlanıb.
Hadisənin adları istintaqa məlum olan digər iki iştirakçısının da tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.
Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-in və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər Nazirliyin rəhbərliyinin nəzarətindədir.
Əlavə edək ki, A. Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu "Vaşinqton Post" və "Nyu-York Times" qəzetləri ilə də əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB