Paytaxtda çay evində qumarxana aşkar edilib

Paytaxtda çay evində qumarxana aşkar edilib

Bakı şəhər BPİ İcTİ və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları Bakı şəhər sakini Vüsal Salmanova məxsus Naxçıvani küçəsi 5-də yerləşən çay evində qumarxana (loto) aşkar ediblər.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcələsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olanlar Əli Məmmədov və Məmməd Məmmədov iyunun 24-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə